16 avqust 2026. Bazar günü

“Arsenal” – “Liverpul” matçında qolsuz heç-heçə


“Arsenal” – “Liverpul” matçında qolsuz heç-heçə

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 21-ci turu çərçivəsində “Arsenal” və “Liverpul” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, “Emireyts” stadionunda (London, İngiltərə) keçirilən qarşılaşmanı baş hakim Entoni Teylor idarə edib. Görüşdə hesab açılmayıb – 0:0.

Matç boyu komandalar ehtiyatlı oyun nümayiş etdirib və qol vəziyyətlərindən yararlana bilməyiblər. Qarşılaşmanın 90+4-cü dəqiqəsində “Liverpul”un müdafiəçisi Konor Bredli zədələnərək meydanı təkbaşına tərk edə bilməyib.

21 turdan sonra “Arsenal” 49 xalla Premyer Liqanın turnir cədvəlində liderliyini qoruyur. “Liverpul” isə 35 xalla dördüncü pillədə qərarlaşıb.

Növbəti turda “topçular” yanvarın 17-də “Nottingem Forest”lə qarşılaşacaq. Eyni tarixdə mersisayd təmsilçisi “Börnli” ilə üz-üzə gələcək.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi