25 fevral 2026. Çərşənbə

“Arsenal” “Nyukasl”ın müdafiəçisini transfer siyahısına daxil edib


“Arsenal” “Nyukasl”ın müdafiəçisini transfer siyahısına daxil edib

 “Nyukasl Yunayted”in sağ cinah müdafiəçisi Valentino Livramento karyerasını “Arsenal” klubunda davam etdirə bilər.

 90deqiqe.Az-ın "The Sun"a istinadən məlumatına görə,"topçular" futbolçu ilə yaxından maraqlanır. London təmsilçisi 23 yaşlı futbolçunun yay transfer pəncərəsində heyətə cəlb olunması variantını nəzərdən keçirir. 

Mənbənin bildirdiyinə görə, “topçular” Livramentonun transferində ciddi rəqabətlə üzləşə bilər. Belə ki, “Mançester Siti” uzun müddətdir ingiltərəli müdafiəçiyə maraq göstərir. Qeyd olunur ki, ötən mövsüm “sağsağanlar” futbolçunun transferi üçün ən azı 60 milyon funt sterlinq (təxminən 69 milyon avro) tələb ediblər.

Cari mövsümdə Valentino Livramento bütün turnirlər daxil olmaqla 18 oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun “Nyukasl Yunayted”lə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, Livramentonun bazar dəyəri 40 milyon avro təşkil edir.







İngiltərə P.L.

"Vacib idi, amma qələbə çətin alındı"
  • İngiltərə P.L.
  • 14:09 24.02.2026
"Vacib idi, amma qələbə çətin alındı"
Qvardiola qısa tətilə çıxdı
  • İngiltərə P.L.
  • 23:59 22.02.2026
Qvardiola qısa tətilə çıxdı
"Bu, Premyer Liqadır, asan deyil, amma..."
  • İngiltərə P.L.
  • 23:45 22.02.2026
"Bu, Premyer Liqadır, asan deyil, amma..."
"Biz qalib gəlməyə layiq deyildik"
  • İngiltərə P.L.
  • 23:14 22.02.2026
"Biz qalib gəlməyə layiq deyildik"
 "Liverpul"a bir qol bəs etdi
  • İngiltərə P.L.
  • 22:25 22.02.2026
"Liverpul"a bir qol bəs etdi