14 may 2026. Cümə axşamı

“Arsenal” beş futbolçusu ilə müqaviləni uzatmağı planlaşdırır


“Arsenal” beş futbolçusu ilə müqaviləni uzatmağı planlaşdırır

“Arsenal” klubu heyətində yer alan beş futbolçu ilə mövcud müqavilələrin uzadılması istiqamətində addımlar atmağa hazırlaşır.

90deqiqe.Az-ın "The Times"ə istinadən məlumatına görə, “topçular” müdafiəçi Yurrien Timberlə yeni kontraktın imzalanmasına xeyli yaxınlaşıb. Klub, həmçinin qapıçı David Raya, yarımmüdafiəçilər Mikel Merino və Martin Edeqor, eləcə də hücumçu Kay Haverts ilə danışıqlar aparmağı planlaşdırır.

Mənbənin bildirdiyinə əsasən, adı çəkilən bütün futbolçuların “Arsenal”la hazırkı müqavilələri 2028-ci ilin yayına qədər qüvvədədir. Həmin tarixdə yarımmüdafiəçi Deklan Raysın da müqavilə müddəti başa çatır. Lakin futbolçunun anlaşmasında müqavilənin 2028/2029 mövsümünün sonunadək uzadılması üçün xüsusi bənd yer alır.







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi