25 fevral 2026. Çərşənbə

“Mançester Yunayted” yeni baş məşqçi seçimi ilə bağlı Ferqyusonla məsləhətləşməyəcək


“Mançester Yunayted” yeni baş məşqçi seçimi ilə bağlı Ferqyusonla məsləhətləşməyəcək

“Mançester Yunayted” rəhbərliyi komandanın yeni baş məşqçisinin təyinatı məsələsində klubun əfsanəsi ser Aleks Ferqyusonun fikrinə müraciət etməyi planlaşdırmır.

90deqiqe.Az-ın "The Mirror"a istinadən məlumatına görə, klub sahibləri Qleyzerlər ailəsi və Cim Ratkliff 84 yaşlı mütəxəssisin rəyini uzunmüddətli perspektivdə “qırmızı şeytanlar”ın gələcəyi üçün həlledici ola biləcək bu qərarda nəzərə almaq niyyətində deyil.

Xatırladaq ki, 2024-cü ildə “Mançester Yunayted” Ferqyusonla qlobal səfir statusunda olan müqaviləni ləğv edib. Bildirilirdi ki, bu addım klubun xərclərin azaldılması siyasəti çərçivəsində atılıb.

Qeyd edək ki, şotlandiyalı mütəxəssis 1986–2013-cü illərdə “Mançester Yunayted”ə rəhbərlik edib. Onun rəhbərliyi altında Mançester təmsilçisi 13 dəfə İngiltərə çempionu olub, iki dəfə isə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.







İngiltərə P.L.

"Vacib idi, amma qələbə çətin alındı"
  • İngiltərə P.L.
  • 14:09 24.02.2026
"Vacib idi, amma qələbə çətin alındı"
Qvardiola qısa tətilə çıxdı
  • İngiltərə P.L.
  • 23:59 22.02.2026
Qvardiola qısa tətilə çıxdı
"Bu, Premyer Liqadır, asan deyil, amma..."
  • İngiltərə P.L.
  • 23:45 22.02.2026
"Bu, Premyer Liqadır, asan deyil, amma..."
"Biz qalib gəlməyə layiq deyildik"
  • İngiltərə P.L.
  • 23:14 22.02.2026
"Biz qalib gəlməyə layiq deyildik"