15 yanvar 2026. Cümə axşamı

İngiltərə Kuboku: “Nyukasl” “Bornmut”u penaltilər seriyasında məğlub etdi


İngiltərə Kuboku: “Nyukasl” “Bornmut”u penaltilər seriyasında məğlub etdi

İngiltərə Kubokunun 2025/2026 mövsümü üzrə üçüncü raund matçı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, bu mərhələdə “Nyukasl” və “Bornmut” komandaları üz-üzə gəlib. Qarşılaşma İngiltərənin Nyukasl-apon-Tayn şəhərində yerləşən “Sent-Ceyms Park” stadionunda keçirilib.

Matçın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda komandalar qarşılıqlı olaraq bir qol vurublar. Penaltilər seriyasında isə daha dəqiq olan tərəf “Nyukasl” olub — 7:6.

Hesabı oyunun 50-ci dəqiqəsində “Nyukasl”ın vingeri Harvi Barns açıb. 62-ci dəqiqədə “Bornmut”un yarımmüdafiəçisi Aleks Skott tarazlığı bərpa edib. 68-ci dəqiqədə hücumçu Devid Bruks qonaqları önə çıxarıb. Matçın son saniyələrində — 90+5-ci dəqiqədə Entoni Qordon penaltidən dəqiq zərbə ilə hesabı bərabərləşdirib.

Əlavə vaxtın 118-ci dəqiqəsində Harvi Barns dublunu rəsmiləşdirib. Lakin 120+2-ci dəqiqədə “Bornmut”un yarımmüdafiəçisi Markus Tavernyer yenidən hesabda bərabərlik yaradıb — 3:3.

Penaltilər seriyasında komandalar ümumilikdə 18 zərbə yerinə yetirib. Daha dəqiq oynayan meydan sahibləri — “Nyukasl” 7:6 hesablı üstünlüklə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. “Bornmut” isə turnirlə vidalaşıb.







İngiltərə P.L.

“Liverpul” Co Qomeşi qışda satmayacaq
  • İngiltərə P.L.
  • 23:26 14.01.2026
“Liverpul” Co Qomeşi qışda satmayacaq
“Kay Haverts əla formada geri döndü”
  • İngiltərə P.L.
  • 21:20 14.01.2026
“Kay Haverts əla formada geri döndü”
"Biz bəzi şeylərdə çox yaxşıyıq"
  • İngiltərə P.L.
  • 20:28 14.01.2026
"Biz bəzi şeylərdə çox yaxşıyıq"