14 may 2026. Cümə axşamı

İngiltərə Kuboku: “Arsenal” “Portsmut”u darmadağın edib


İngiltərə Kuboku: “Arsenal” “Portsmut”u darmadağın edib

İngiltərə Kubokunun üçüncü raundu çərçivəsində “Portsmut” ilə London “Arsenal”ı arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Portsmut şəhərindəki “Fretton Park” stadionunda baş tutub və qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı oyunun 3-cü dəqiqəsində meydan sahiblərinin hücumçusu Kolbi Bişop açıb. Lakin cəmi beş dəqiqə sonra “Portsmut”un yarımmüdafiəçisi Andre Dozzell topu öz qapısına göndərərək tarazlığı bərpa edib. 25-ci dəqiqədə Qabriel Martinelli “Arsenal”ı hesabda önə çıxarıb. İlk hissənin sonlarında, 43-cü dəqiqədə londonlular 11 metrlik cərimə zərbəsindən yararlana bilməyiblər.

İkinci hissədə Qabriel Martinelli yenidən səhnəyə çıxıb. Braziliyalı futbolçu 51-ci dəqiqədə dublunu rəsmiləşdirib, 72-ci dəqiqədə isə het-trik edərək matçın yekun hesabını müəyyənləşdirib.

Bu nəticə ilə “Arsenal” İngiltərə Kubokunda növbəti mərhələyə yüksəlib.







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi