26 fevral 2026. Cümə axşamı

İngiltərə Kuboku: “Mançester Yunayted” “Brayton”a uduzaraq turnirlə vidalaşıb


İngiltərə Kuboku: “Mançester Yunayted” “Brayton”a uduzaraq turnirlə vidalaşıb

İngiltərə Kubokunun üçüncü raundu çərçivəsində “Mançester Yunayted” ilə “Brayton” arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə,  “Old Trafford” stadionunda (Mançester, İngiltərə) təşkil olunan oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesab 12-ci dəqiqədə açılıb. “Brayton”un hücumçusu Brayan Qruda fərqlənərək komandasını önə çıxarıb. İkinci hissədə, 64-cü dəqiqədə Denni Uelbek qonaqların üstünlüyünü artırıb. Görüşün sonlarına yaxın, 85-ci dəqiqədə “Mançester Yunayted”in sloveniyalı forvardı Benyamin Şeşko bir topun əvəzini çıxsa da, bu, ümumi nəticəyə təsir etməyib. Əlavə olaraq, 90-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Şi Leysi qırmızı vərəqə alıb.

Beləliklə, “Mançester Yunayted” İngiltərə Kubokunda ilk oyununda mübarizəni dayandırıb. “Brayton” isə turnirdə yoluna davam edəcək. Qeyd edək ki, növbəti mərhələyə həmçinin London “Arsenal”ı, “Mançester Siti” və “Çelsi” də vəsiqə qazanıblar.







İngiltərə P.L.

"Vacib idi, amma qələbə çətin alındı"
  • İngiltərə P.L.
  • 14:09 24.02.2026
"Vacib idi, amma qələbə çətin alındı"
Qvardiola qısa tətilə çıxdı
  • İngiltərə P.L.
  • 23:59 22.02.2026
Qvardiola qısa tətilə çıxdı