12 yanvar 2026. Bazar ertəsi

“Bu, zəif hakimlik idi”


“Bu, zəif hakimlik idi”

2014-cü ildən sonra ilk dəfə olaraq “Mançester Yunayted” İngiltərə Kubokunda mübarizəni üçüncü raunddan dayandırıb. Darren Fletçerin rəhbərlik etdiyi komanda bazar günü “Old Trafford”da “Brayton”a 1:2 hesabı ilə məğlub olub.

90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, matçdan sonra “qırmızı şeytanlar”ın müvəqqəti baş məşqçisi hakimliyin idarəçiliyindən narazılığını ifadə edib. Görüşün son dəqiqələrində Şi Leysi qısa vaxt ərzində iki sarı vərəqə alaraq meydandan qovulub.

“Leysiyə göstərilən sarı vərəqə, oyun ərzində bizə qarşı edilən kobudluqlar fonunda tamamilə absurddur. Nəticədə gənc futbolçu az sonra səhvə yol verdi və qırmızı vərəqə aldı. Məncə, bu, zəif hakimlik idi”

Qeyd edək ki, “Mançester Yunayted” növbəti oyununu yanvarın 17-də “Mançester Siti”yə qarşı keçirəcək.







İngiltərə P.L.

“Bu, zəif hakimlik idi”
  • İngiltərə P.L.
  • 23:58 11.01.2026
“Bu, zəif hakimlik idi”