- İngiltərə P.L.
- 23:39 12.01.2026
“Mançester Yunayted” klubunun yeni baş məşqçisi komandanın sabiq yarımmüdafiəçisi Maykl Kerrik olacaq.
90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumatına görə, mütəxəssisin təyinatı ilə bağlı rəsmi açıqlama yaxın 48 saat ərzində veriləcək.
Mənbənin bildirdiyinə görə, hazırda Kerrikin “Mançester Yunayted”də formalaşdıracağı məşqçilər heyəti ilə bağlı danışıqlar aparılır. İngiltərəli futbolçu 2006–2018-ci illərdə “qırmızı şeytanlar”ın formasını geyinib, daha sonra peşəkar karyerasını başa vurub.
Xatırladaq ki, Maykl Kerrik daha əvvəl “Mançester Yunayted”də Ule-Qunnar Sulşerin köməkçisi kimi çalışıb, norveçli mütəxəssisin gedişindən sonra isə komandanı müvəqqəti baş məşqçi statusunda idarə edib.
Sabiq futbolçunun son iş yeri “Midlsbro” klubu olub. Kerrik bu komandadan 2025-ci ilin yayında ayrılıb.