16 avqust 2026. Bazar günü

“Tottenhem”in futbolçusu əməliyyat olundu


“Tottenhem”in futbolçusu əməliyyat olundu

“Tottenhem” klubunun yarımmüdafiəçisi Rodriqo Bentankur sıradan çıxıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, uruqvaylı futbolçunun budun arxa əzələsindən əməliyyat olunduğu bildirilib.

Rodriqo Bentankur Premyer Liqada “Bornmut”a qarşı ötən həftə keçirilən oyunda zədələnib. O, artıq klub həkimlərinin nəzarəti altında reabilitasiya prosesinə başlayacaq.

“Rodriqo Bentankurun sağ ayağının budun arxa əzələsindən əməliyyat olunduğunu təsdiqləyirik. O, ötən həftə Premyer Liqa çərçivəsində ‘Bornmut’la oyunda zədələnmişdi və indi bərpa prosesinə start verəcək. Biz səninləyik, Lolo”, – deyə “Tottenhem”in X sosial şəbəkəsində yayımladığı açıqlamada qeyd olunub.

Qeyd edək ki, Bentankur cari mövsümdə klub səviyyəsində 28 oyuna çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi