- İngiltərə P.L.
- 22:33 13.01.2026
“Arsenal”ın sabiq futbolçusu Robert Pires komandanın yarımmüdafiəçisi Deklan Raysı tərifləyib.
90deqiqe.Az "Goal"a istinadən xəbər verir ki, fransız mütəxəssis hesab edir ki, Rays “topçular”ın ən yaxşı dövrlərindəki lider oyunçular səviyyəsindədir.
“Əgər mövsümün sonunda titul qazanmaq istəyirsənsə, belə futbolçuya ehtiyacın var — Deklan Rays kimi. Sənə Patrik Vieyra, Tyeri Anri, Toni Adams lazımdır… və Deklan Rays də həmin səviyyədədir”
Qeyd edək ki, “Arsenal” hazırda İngiltərə Premyer Liqasında liderliyini qoruyur. London təmsilçisi ölkə çempionu olmağa 2004-cü ildən bəri ilk dəfə ümid edir. Həmin il “Arsenal” mövsümü heç bir məğlubiyyətlə başa vurmuşdu.