- İngiltərə P.L.
- 22:33 13.01.2026
“Nyukasl”ın baş məşqçisi Eddi Hau İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin “Mançester Siti” ilə ilk oyunundan öncə mətbuat konfransında çıxış edib.
90deqiqe.Az xəbər verir ki, "BBC" çalışdırıcının dediklərini belə çatdırıb.
“Əlbəttə, cavab görüşünü evdə keçirmək daha yaxşıdır, çünki o zaman nə etməli olduğunuzu tam başa düşürsünüz və ev azarkeşlərinin dəstəyini hiss edirsiniz. Bu dəfə vəziyyət fərqlidir, buna görə də rəqibi bu matçda üstələməyə çalışmaq üçün maksimum səylə oynamalıyıq”
Baş məşqçi əlavə edib ki, Pep Qvardiola taktiki baxımdan komandaya sürpriz hazırlayıb və “Nyukasl”ın mərhələni keçmək üçün bütün imkanlarını ortaya qoyması lazımdır. “Bu klub tez-tez taktikasını dəyişir. Onun hərəkətlərini qabaqcadan təxmin etmək çətindir”, – deyə Hau qeyd edib.
Hau həmçinin bildirib ki, həftəsonu İngiltərə Kubokunda “Bornmut”la 120 dəqiqə oynamaq “ideal qərar” deyildi, amma dördüncü mərhələyə yüksəlmək “Nyukasl” üçün çox vacib idi. Sağ cinah müdafiəçisi Emil Kraft hələ də dəqiq qayıdış tarixinə malik deyil. Bundan əlavə, Tino Livramento zədə səbəbindən oyunda iştirak etməyəcək.
Qeyd edək ki, görüş yanvarın 13-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.