14 yanvar 2026. Çərşənbə

"Birlikdə çox gözəl vaxt keçirdik"


"Birlikdə çox gözəl vaxt keçirdik"

“Arsenal” klubunun baş məşqçisi Mikel Arteta Per Mertesakkerin klubdan ayrılması ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Arteta bildirib ki, alman mütəxəssis 15 il ərzində klubun bir hissəsi olub, son 8 ildə isə “topçular”ın akademiyasına rəhbərlik edib:

“Onunla komanda yoldaşı olmuşuq, dostluq etmişik, birlikdə kapitanlıq etmişik. Fərqli rollarda eyni layihənin bir parçası olmuşuq – o akademiyanın direktoru kimi, mən isə baş məşqçi kimi. Bunun hər anından zövq aldım”

Mütəxəssis vurğulayıb ki, Mertesakker klubun dəyərlərini və ambisiyalarını ən düzgün şəkildə təmsil edən şəxslərdən biridir:
“Məncə, o, klubumuzun fəlsəfəsini ən yaxşı ötürən insanlardan biridir. Buna görə ona çox minnətdaram. Birlikdə gözəl vaxt keçirdik. Ona həyatının növbəti mərhələsində uğurlar arzulayıram və əminəm ki, bu mərhələ də uğurlu olacaq”.

Qeyd edək ki, Per Mertesakker akademiyaya rəhbərlik etməzdən əvvəl “Arsenal”, “Hannover” və “Verder” klublarında çıxış edib. O, 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionu olub.







İngiltərə P.L.

“Kay Haverts əla formada geri döndü”
  • İngiltərə P.L.
  • 21:20 14.01.2026
“Kay Haverts əla formada geri döndü”
"Biz bəzi şeylərdə çox yaxşıyıq"
  • İngiltərə P.L.
  • 20:28 14.01.2026
"Biz bəzi şeylərdə çox yaxşıyıq"
"Birlikdə çox gözəl vaxt keçirdik"
  • İngiltərə P.L.
  • 20:09 14.01.2026
"Birlikdə çox gözəl vaxt keçirdik"
"Dünən gecə yata bilmədim"
  • İngiltərə P.L.
  • 22:33 13.01.2026
"Dünən gecə yata bilmədim"
"Pepin bizim üçün taktiki bir şeyi var"
  • İngiltərə P.L.
  • 22:14 13.01.2026
"Pepin bizim üçün taktiki bir şeyi var"