- İngiltərə P.L.
- 22:07 14.01.2026
“Arsenal” klubunun baş məşqçisi Mikel Arteta İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsində “Çelsi”yə qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında çıxış edib.
90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Bilirəm ki, irəli getmək üçün rəqibdən daha yaxşı olmalısan və bizim etməli olduğumuz da məhz budur. Qalan məqamlar bizim nəzarətimizdə deyil. Oyuna çox yaxşı hazırlaşmışıq, motivasiyamız yüksəkdir. Özümüzü burada görmək istədiyimizi hiss edirik. Məqsədimizə çatmaq üçün daha bir addım atmalıyıq"
“Çelsi”nin baş məşqçisi Rosenyorun “Arsenal hər cəhətdən güclüdür” fikrinə münasibət bildirən Arteta qeyd edib:
“Bizim can atdığımız da məhz budur. Bəzi komponentlərdə çox güclüyük, bəzilərində yaxşıyıq, digərlərində isə üstünük. Oyunun hər fazasında nə qədər yaxşı olsaq, uğur qazanmaq şansımız bir o qədər artar”.
Qeyd edək ki, ilk yarımfinal görüşü yanvarın 14-də baş tutacaq.matçın start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.