1 mart 2026. Bazar günü

"Arsenal"ın müdafiəçisi komandadan getmək istəyir


"Arsenal"ın müdafiəçisi komandadan getmək istəyir

“Arsenal” klubunun cinah müdafiəçisi Ben Uayt komandadan ayrıla bilər.

90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı futbolçu qarşıdakı iki mövsümdə oyun vaxtının azalacağından ehtiyat edir və buna görə də yeni çağırış axtarır. Bildirilir ki, Uayt yüksək formada olsa belə, “Arsenal”dan ayrılmağa hazırdır.

Qeyd edək ki, “topçular” Ben Uaytı 2021-ci ildə “Brayton” klubundan təxminən 60 milyon avro qarşılığında transfer edib.

Cari mövsümdə müdafiəçi bütün turnirlər nəzərə alınmaqla 13 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Ben Uaytın “Arsenal”la mövcud müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.







İngiltərə P.L.

"Nyukasl" evdə "Everton"a uduzdu
  • İngiltərə P.L.
  • 21:20 28.02.2026
"Nyukasl" evdə "Everton"a uduzdu
“Liverpul” “Vest Hem”i darmadağın etdi
  • İngiltərə P.L.
  • 21:07 28.02.2026
“Liverpul” “Vest Hem”i darmadağın etdi
"Məni Messi ilə müqayisə etmək olmaz"
  • İngiltərə P.L.
  • 23:35 27.02.2026
"Məni Messi ilə müqayisə etmək olmaz"