- İngiltərə P.L.
- 23:49 14.01.2026
“Arsenal” klubunun baş məşqçisi Mikel Arteta uzun müddətli zədədən sonra yaşıl meydanlara qayıdan Kay Haverts barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis futbolçunun komandaya dönüşündən məmnunluğunu ifadə edib:
“Əlbəttə ki, biz onun üçün çox darıxmışdıq. Futbolda bir il çox uzun müddətdir. Amma o, əla formada və böyük özünəinamla geri qayıdıb. Kay çox ağıllı futbolçudur, komanda yoldaşları ilə dərhal uyğunlaşır və hamının onu nə qədər sevdiyi açıq-aydın görünür. Hər dəfə cərimə meydançasında və ya ona yaxın mövqedə olanda ehtiyat skamyadakı hər kəs sevincdən ayağa qalxırdı”, – deyə Artetanın sözlərini klubun mətbuat xidməti sitat gətirib.
Qeyd edək ki, Kay Haverts ötən həftəsonu mövsümdə cəmi ikinci oyununu keçirib. O, İngiltərə Kubokunda “Portsmut”a qarşı keçirilən və 4:1 hesabı ilə başa çatan görüşdə meydana sonradan daxil olub. Alman futbolçu bundan əvvəl yalnız Premyer Liqanın ilk turunda “Mançester Yunayted”lə oyunda (1:0) çıxış etmiş, həmin qarşılaşmadan sonra isə dizindən zədə almışdı.