17 aprel 2026. Cümə

“Çelsi”nin bəzi futbolçuları klubdan ayrılmaq barədə düşünə bilər"


“Çelsi”nin bəzi futbolçuları klubdan ayrılmaq barədə düşünə bilər"

“Çelsi”nin sabiq yarımmüdafiəçisi Con Obi Mikel London klubunun bəzi futbolçularının iri titulların qazanılmaması səbəbindən komandadan ayrılmaq barədə düşünə biləcəyini bildirib.

90deqiqe.Az xəbər verir ki, "Mirror Football" nəşri sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Futbolçular titul qazanmaq istəyir. Enso Fernandes kimi dünya çempionu olan oyunçular var. Kaysedo da hazırda yüksək səviyyəli futbolçudur. Belə oyunçular düşünə bilər ki, ‘Mən Premyer Liqanı və ya Çempionlar Liqasını qazanmaq üçün daha beş il gözləmək istəmirəm’. Ümid edirəm ki, bu, onların klub dəyişmək barədə fikirləşməsinə səbəb olmaz. Çünki məşqçilər tez-tez dəyişdikdə, stabillik olmur və bu da futbolçulara mənfi təsir göstərir”, – deyə Obi Mikelin sözlərini Mirror Football sitat gətirib.

Qeyd edək ki, yanvarın 1-də “Çelsi” Enso Mareskanın baş məşqçi vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Yanvarın 6-da isə komandanın yeni baş məşqçisi Liam Rozenyor təyin olunub.







İngiltərə P.L.

Maquayr “Çelsi” ilə oyunu buraxacaq
  • İngiltərə P.L.
  • 23:44 15.04.2026
Maquayr “Çelsi” ilə oyunu buraxacaq
“Futbol odur, o isə futboldur”
  • İngiltərə P.L.
  • 23:32 15.04.2026
“Futbol odur, o isə futboldur”
“Düşmə qorxusu problem yaradır”
  • İngiltərə P.L.
  • 23:50 14.04.2026
“Düşmə qorxusu problem yaradır”