- İngiltərə P.L.
- 23:49 14.01.2026
“Liverpul” klubu qış transfer pəncərəsində müdafiəçisi Co Qomeşi satmaq niyyətində deyil.
90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, “qırmızılar” futbolçunun klubdan ayrılması ilə bağlı bütün mümkün transfer variantlarını bloklayacaq.
“Liverpul”un baş məşqçisi Arne Slot mövsümün ikinci yarısında Co Qomeşə güvənəcək.
Daha əvvəl İngiltərə çempionları yanvar ayında Qomeşi satmağa hazır idi. Lakin Konor Bredlinin mövsümün sonunadək sıradan çıxmasına səbəb olan ciddi zədəsi vəziyyəti dəyişib.
Qeyd edək ki, Co Qomeş 2015-ci ildə “Çarlton”dan “Liverpul”a 5 milyon avro qarşılığında transfer olunub. Müdafiəçinin klubla müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir. O, cari mövsümdə bütün turnirlər üzrə 15 matçda meydana çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.