1 mart 2026. Bazar günü

“Nottingem Forest” Zinçenkodan imtina edə bilər


“Nottingem Forest” Zinçenkodan imtina edə bilər

“Nottingem Forest”in “Arsenal”dan icarəyə götürdüyü Aleksandr Zinçenko klubun planlarına daxil deyil.

90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, İngiltərə təmsilçisi ukraynalı müdafiəçi ilə icarə müqaviləsinə mövsüm başa çatmamış xitam vermək niyyətindədir.

Lakin mövcud razılaşmada erkən ləğv bəndinin yer almaması bu addımı çətinləşdirir. Buna baxmayaraq, “Nottingem Forest”in müqaviləni pozmaq üçün maliyyə öhdəliyi götürməsi ehtimal olunur.

Xatırladaq ki, Aleksandr Zinçenko 2025-ci ilin sentyabrında mövsümün sonuna qədər “Arsenal”dan icarə əsasında “Nottingem Forest”ə keçib. Müdafiəçi cari mövsümdə bütün turnirlər üzrə 10 matçda iştirak edib və qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.







İngiltərə P.L.

"Nyukasl" evdə "Everton"a uduzdu
  • İngiltərə P.L.
  • 21:20 28.02.2026
"Nyukasl" evdə "Everton"a uduzdu
“Liverpul” “Vest Hem”i darmadağın etdi
  • İngiltərə P.L.
  • 21:07 28.02.2026
“Liverpul” “Vest Hem”i darmadağın etdi
"Məni Messi ilə müqayisə etmək olmaz"
  • İngiltərə P.L.
  • 23:35 27.02.2026
"Məni Messi ilə müqayisə etmək olmaz"