2 mart 2026. Bazar ertəsi

“Tottenhem”in məşqçilər korpusuna yeni təyinat


“Tottenhem”in məşqçilər korpusuna yeni təyinat

Con Heytinqa “Tottenhem”də məşqçi kimi fəaliyyətə başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 42 yaşlı niderlandlı mütəxəssis London klubunun baş məşqçisi Tomas Frankın köməkçisi təyin edilib. O, daha əvvəl İngiltərədə “Vest Hem”də Devid Moyesin, “Liverpul”da isə Arne Slotun məşqçilər heyətində çalışıb.

Qeyd edək ki, Con Heytinqa ötən yay “Ayaks”ın baş məşqçisi təyin edilsə də, komandanın zəif nəticələri fonunda noyabrın əvvəlində postunu tərk edib.

Futbolçu karyerası ərzində Heytinqa İngiltərədə “Everton” və “Fulhem” klublarının formasını geyinib.

“Tottenhem” Premyer Liqada növbəti oyununu yanvarın 17-də öz meydanında “Vest Hem”ə qarşı keçirəcək. London təmsilçisi hazırda turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.







İngiltərə P.L.

London derbisində "Arsenal" qələbə qazandı
  • İngiltərə P.L.
  • 22:33 01.03.2026
London derbisində "Arsenal" qələbə qazandı
"Mançester Yunayted"dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 20:16 01.03.2026
"Mançester Yunayted"dən inamlı qələbə
 "Tottenhem" səfərdə  "Fulhem"ə uduzdu
  • İngiltərə P.L.
  • 20:13 01.03.2026
"Tottenhem" səfərdə "Fulhem"ə uduzdu