- İngiltərə P.L.
- 22:33 01.03.2026
“Tottenhem”in hücumçusu Riçarlison “Aston Villa”ya qarşı keçirilən son kubok matçında zədələnib.
90deqiqe.Az-ın məlumatına görə, London klubunun baş məşqçisi Tomas Frank braziliyalı futbolçunun bərpa müddəti ilə bağlı açıqlama verib.
“Unfortunately, Riçarlisonun budun arxa əzələsində zədəsi var və o, təxminən yeddi həftə yaşıl meydanlardan uzaq qalacaq”, – deyə Frank jurnalistlərə bildirib.
Hazırda “Tottenhem” İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. London təmsilçisi növbəti oyununu şənbə günü, 17 yanvar tarixində “Vest Hem”ə qarşı London derbisində keçirəcək.
Qeyd edək ki, Rişarlison 2025/2026 mövsümündə bütün turnirlərdə 31 oyunda meydana çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.