3 mart 2026. Çərşənbə axşamı

Kerrik “Mançester Siti” ilə oyun öncəsi hədəfləri açıqladı


Kerrik “Mançester Siti” ilə oyun öncəsi hədəfləri açıqladı

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik İngiltərə Premyer Liqasının 22-ci turunda “Mançester Siti”yə qarşı keçiriləcək oyun öncəsi komandasının mövsümün qalan hissəsi üçün hədəflərindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis bildirib ki, əsas məqsəd turnir cədvəlinin yuxarı pillələrində yer almaqdır:

“Liderlər sırasında olmaq, turnir cədvəlinə başçılıq etmək istəyirik. Bu, kifayət qədər aydındır. Lakin bu istiqamətdə addım-addım irəliləməliyik. Avrokuboklarda iştirak bizim üçün mühüm mərhələ olacaq. Buna görə də bu yolda hərəkətimizi davam etdirməliyik”, – deyə Kerrik klubun rəsmi saytına açıqlamasında bildirib.

Qeyd edək ki, “Mançester Yunayted” Maykl Kerrikin baş məşqçi təyin olunduğunu yanvarın 13-də açıqlayıb.

Hazırda “qırmızı şeytanlar” Premyer Liqanın turnir cədvəlində 21 oyundan sonra 32 xalla 7-ci pillədə qərarlaşıb. Komandanın 4-cü yerlə xal fərqi üçdür.







İngiltərə P.L.

"Ürəyim az qala dayanacaqdı"
  • İngiltərə P.L.
  • 23:57 02.03.2026
"Ürəyim az qala dayanacaqdı"
“Məhz qələbə üçün oynayırıq”
  • İngiltərə P.L.
  • 23:55 02.03.2026
“Məhz qələbə üçün oynayırıq”
"Zidan çox yaxşı idi"
  • İngiltərə P.L.
  • 23:48 02.03.2026
"Zidan çox yaxşı idi"
London derbisində "Arsenal" qələbə qazandı
  • İngiltərə P.L.
  • 22:33 01.03.2026
London derbisində "Arsenal" qələbə qazandı
"Mançester Yunayted"dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 20:16 01.03.2026
"Mançester Yunayted"dən inamlı qələbə