17 yanvar 2026. Şənbə

Ötən ayın ən yaxşısı oldu


Ötən ayın ən yaxşısı oldu

“Lids Yunayted”in hücumçusu Dominik Kalvert-Lyuin İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu seçilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi "X" (Twitter) hesabı məlumat yayıb.

İngilis hücumçu ötən ay çempionat çərçivəsində keçirilən bütün beş oyunda fərqlənib. O, “Çelsi” (3:1), “Liverpul” (3:3), “Brentford” (1:1), “Sanderlend” (1:1) ilə matçlarda qol vurub, “Kristal Pelas”la qarşılaşmada isə dubl edib (4:1).

Beləliklə, Kalvert-Lyuin ardıcıl altı Premyer Liqa oyununda qol vurmaqla diqqət çəkib. Bu göstərici 2019-cu ildən bəri qeydə alınan ən uzun seriyadır. Həmin il “Lester”in sabiq hücumçusu Ceymi Vardi ardıcıl səkkiz oyunda fərqlənmişdi.

Qeyd edək ki, cari mövsümdə Dominik Kalvert-Lyuin Premyer Liqada keçirdiyi 19 oyunda 9 qol vurub. Bombardirlər yarışına isə 20 qolla “Mançester Siti”nin hücumçusu Erlinq Haaland başçılıq edir.







İngiltərə P.L.

“Arsenal” çox yaxşı ritm yığıb"
  • İngiltərə P.L.
  • 22:25 16.01.2026
“Arsenal” çox yaxşı ritm yığıb"
Ötən ayın ən yaxşısı oldu
  • İngiltərə P.L.
  • 21:56 16.01.2026
Ötən ayın ən yaxşısı oldu