3 mart 2026. Çərşənbə axşamı

“Onun kluba adaptasiya olmasından çox məmnunam"


“Onun kluba adaptasiya olmasından çox məmnunam"

“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubda ilk mövsümünü keçirən yarımmüdafiəçi Martin Subimendi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis futbolçunun komandaya uyğunlaşmasından razı qaldığını bildirib:

“Onun kluba necə adaptasiya olmasından çox məmnunam. Əgər Subimendi barədə heyət üzvlərindən və ya futbolçulardan kimsə ilə danışsanız, dərhal hamının üzündə təbəssüm yaranar və yalnız müsbət fikirlər səslənər. O, klub daxilində və azarkeşlər arasında qısa zamanda böyük hörmət qazanıb. Çox təvazökar, maksimum dərəcədə fokuslanmış və son dərəcə stabil oyun nümayiş etdirir. Həmçinin hücumlara qoşulmaq və rəqibin cərimə meydançasında oynamaq bacarığı ilə bir çoxlarını təəccübləndirib”, – deyə Arteta mətbuat konfransında bildirib.

Qeyd edək ki, “Arsenal” yanvarın 17-də Premyer Liqa çərçivəsində səfərdə “Nottingem Forest”lə qarşılaşacaq.







İngiltərə P.L.

"Ürəyim az qala dayanacaqdı"
  • İngiltərə P.L.
  • 23:57 02.03.2026
"Ürəyim az qala dayanacaqdı"
“Məhz qələbə üçün oynayırıq”
  • İngiltərə P.L.
  • 23:55 02.03.2026
“Məhz qələbə üçün oynayırıq”
"Zidan çox yaxşı idi"
  • İngiltərə P.L.
  • 23:48 02.03.2026
"Zidan çox yaxşı idi"
London derbisində "Arsenal" qələbə qazandı
  • İngiltərə P.L.
  • 22:33 01.03.2026
London derbisində "Arsenal" qələbə qazandı
"Mançester Yunayted"dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 20:16 01.03.2026
"Mançester Yunayted"dən inamlı qələbə