3 mart 2026. Çərşənbə axşamı

“Çempionlar Liqasına vəsiqə klub üçün həyati əhəmiyyət daşıyır”


“Çempionlar Liqasına vəsiqə klub üçün həyati əhəmiyyət daşıyır”

“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, niderlandlı mütəxəssis bildirib ki, İngiltərə Premyer Liqasında bu hədəfə çatmaq olduqca çətindir:

“Bu, ciddi çağırışdır. Premyer Liqada çıxış edirik və etiraf etməliyik ki, özümüzü ideal vəziyyətə salmamışıq. Xüsusilə də ilk altı turdan sonrakı mövqeyimizlə müqayisə etdikdə. Hazırda dördüncü yer uğrunda bir neçə komanda ilə rəqabət aparırıq. ‘Aston Villa’ möhtəşəm mövsüm keçirir”.

Slot vurğulayıb ki, Çempionlar Liqasına vəsiqə hər bir klub üçün, xüsusilə də “Liverpul” üçün son dərəcə önəmlidir:

“Bir neçə il əvvəl bu hədəfə çata bilmədik və bu, klubun maliyyə vəziyyətinə ciddi təsir göstərdi. Çempionlar Liqasına düşməyin nə qədər vacib olduğunu yaxşı anlayırıq. Eyni zamanda dərk edirik ki, Premyer Liqa heç vaxt indiki qədər güclü olmayıb. Buna görə də hər oyunda çox yüksək səviyyədə çıxış etməliyik”.

Qeyd edək ki, hazırda “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.







İngiltərə P.L.

"Ürəyim az qala dayanacaqdı"
  • İngiltərə P.L.
  • 23:57 02.03.2026
"Ürəyim az qala dayanacaqdı"
“Məhz qələbə üçün oynayırıq”
  • İngiltərə P.L.
  • 23:55 02.03.2026
“Məhz qələbə üçün oynayırıq”
"Zidan çox yaxşı idi"
  • İngiltərə P.L.
  • 23:48 02.03.2026
"Zidan çox yaxşı idi"
London derbisində "Arsenal" qələbə qazandı
  • İngiltərə P.L.
  • 22:33 01.03.2026
London derbisində "Arsenal" qələbə qazandı
"Mançester Yunayted"dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 20:16 01.03.2026
"Mançester Yunayted"dən inamlı qələbə