16 avqust 2026. Bazar günü

“Salahla aramızda olan söhbətlər öz aramızda qalacaq”


“Salahla aramızda olan söhbətlər öz aramızda qalacaq”

“Liverpul”un baş məşqçisi Arne Slot hücumçu Məhəmməd Salahla apardığı danışıqların detalları barədə danışmaq niyyətində olmadığını bildirib.

90deqiqe.Az xəbər verir ki, niderlandlı mütəxəssis qeyd edib ki, futbolçularla şəxsi söhbətlərin məxfiliyi onun üçün prinsipialdır:

“Mənimlə Salah arasında baş verənlər – istər telefonla, istərsə də üz-üzə – yalnız aramızda qalacaq. Futbolçularımla apardığım şəxsi söhbətlərin detallarını bölüşməyi düzgün hesab etmirəm”

Arne Slot eyni zamanda Məhəmməd Salahın Misir milli komandasından tezliklə klubun düşərgəsinə qayıdacağına görə məmnunluğunu ifadə edib.

Xatırladaq ki, Salah dekabr ayında əsas heyətdə yer almaması ilə bağlı klubu tənqid etmişdi. Misirli hücumçu hətta Çempionlar Liqasında “İnter”ə qarşı keçirilən oyunun heyətinə də daxil edilməmişdi.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi