4 mart 2026. Çərşənbə

Mançester derbisində “Yunayted” “Siti”ni məğlub etdi


Mançester derbisində “Yunayted” “Siti”ni məğlub etdi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 22-ci turu çərçivəsində “Mançester Yunayted” və “Mançester Siti” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən qarşılaşmanı baş hakim Entoni Teylor idarə edib. Mançester derbisində meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

İkinci hissədə, 65-ci dəqiqədə “Yunayted”in hücumçusu Brayan Mbemo hesabı açıb. 76-cı dəqiqədə yarımmüdafiəçi Patrik Dorgu fərqlənərək komandasının üstünlüyünü artırıb. Matçın sonlarında, 90+2-ci dəqiqədə Meyson Mauntun vurduğu qol isə ofsayd səbəbindən ləğv edilib.

Qeyd edək ki, “Siti”yə qarşı oyun “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Maykl Karrik üçün ilk sınaq olub. 13 yanvarda təyin olunan mütəxəssis bu postda Ruben Amorimi əvəzləyib.

22 turdan sonra “Mançester Yunayted” 35 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Mançester Siti” isə 43 xalla ikinci yerdədir.

Növbəti turda “qırmızı şeytanlar” yanvarın 25-də “Arsenal”la qarşılaşacaq. “Mançester Siti” isə yanvarın 24-də “Vulverhempton”un qonağı olacaq.







İngiltərə P.L.

Haland geri qayıdır
  • İngiltərə P.L.
  • 00:10 04.03.2026
Haland geri qayıdır
“Çelsi" mənim üçün ideal seçim oldu”
  • İngiltərə P.L.
  • 22:48 03.03.2026
“Çelsi" mənim üçün ideal seçim oldu”
Arteta zədəlilər barədə danışdı
  • İngiltərə P.L.
  • 22:10 03.03.2026
Arteta zədəlilər barədə danışdı
"Oturub şikayət edə bilərsiniz, amma..."
  • İngiltərə P.L.
  • 21:44 03.03.2026
"Oturub şikayət edə bilərsiniz, amma..."
"Ürəyim az qala dayanacaqdı"
  • İngiltərə P.L.
  • 23:57 02.03.2026
"Ürəyim az qala dayanacaqdı"
“Məhz qələbə üçün oynayırıq”
  • İngiltərə P.L.
  • 23:55 02.03.2026
“Məhz qələbə üçün oynayırıq”
"Zidan çox yaxşı idi"
  • İngiltərə P.L.
  • 23:48 02.03.2026
"Zidan çox yaxşı idi"