17 yanvar 2026. Şənbə

Qvardiola “Mançester Yunayted”ə məğlubiyyəti şərh etdi


Qvardiola “Mançester Yunayted”ə məğlubiyyəti şərh etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 22-ci turunda “Mançester Yunayted”ə 0:2 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" ispan çalışdırıcının dediklərini belə çatdırıb.

“Daha yaxşı komanda qalib gəldi. Onlar bizdən üstün idilər. Rəqib daha güclü olanda bunu qəbul etmək lazımdır. Onlarda bizim çatışmayan enerji var idi, buna görə də onları təbrik edirəm. Matçın sonlarında şansları oldu və buraxdığımız qollar, təbii ki, çox zəif alındı. Oyuna nəzarət edə bilmədik. Ayrı-ayrı epizodlardan danışmaq olar, amma biz bütövlükdə oyunu təhlil etməliyik və etiraf etməliyik ki, onlar daha yaxşı idilər”

Qeyd edək ki, 22 turdan sonra “Mançester Yunayted” 35 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Mançester Siti” isə 43 xalla ikinci yerdədir.







İngiltərə P.L.

“Arsenal” çox yaxşı ritm yığıb"
  • İngiltərə P.L.
  • 22:25 16.01.2026
“Arsenal” çox yaxşı ritm yığıb"