14 may 2026. Cümə axşamı

“Liverpul” evdə xal itirdi


 “Liverpul” evdə xal itirdi

İngiltərə Premyer Liqasının XXII turu çərçivəsində keçirilən “Liverpul” – “Bernli” oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Liverpul şəhərindəki “Enfild” stadionunda təşkil olunan qarşılaşmanı baş hakim Endryu Medli (Qərbi Yorkşir, İngiltərə) idarə edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçın 32-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Dominik Soboslai penaltini dəqiq yerinə yetirə bilməyib. Hesabı 42-ci dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Florian Virts açıb. Qonaqların hücumçusu Markus Edvards isə 62-ci dəqiqədə tarazlığı bərpa edib. Qarşılaşmanın qalan hissəsində hesab dəyişməyib.

Bu nəticədən sonra “Liverpul” 22 oyundan 36 xal toplayaraq turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Bernli” isə 14 xalla 18-ci sırada yer alır.

Növbəti turda “Bernli” 24 yanvar tarixində öz meydanında “Tottenhem”i qəbul edəcək. “Liverpul” isə həmin gün səfərdə “Bornmut”la qarşılaşacaq.







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi