20 yanvar 2026. Çərşənbə axşamı

"Arsenal"ın Premyer Liqa çempionluğu şansı 89 faizdən çoxdur


"Arsenal"ın Premyer Liqa çempionluğu şansı 89 faizdən çoxdur

"Opta" superkompüteri İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan komandaların şanslarını dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, proqnoza əsasən, "Arsenal" klubu titul uğrunda mübarizədə açıq favorit hesab olunur. Mikel Artetanın rəhbərlik etdiyi “topçular”ın mövsümün sonunda çempion olma ehtimalı 89,62 faiz olaraq göstərilib.

Reytinqdə ikinci yerdə son illərin çempionu "Mançester Siti" qərarlaşıb. Xosep Qvardiolanın komandası üçün bu göstərici cəmi 6,91 faiz təşkil edir.

Çempionluğa namizədlərin ilk üçlüyünü Birmingem təmsilçisi "Aston Villa" tamamlayır – 3,36%. Növbəti pillələrdə isə "Liverpul" (0,07%) və "Çelsi" klubu (0,04%) yer alıb.

Qeyd edək ki, Premyer Liqada 22 turdan sonra "Arsenal" turnir cədvəlinə inamla liderlik edir və ən yaxın izləyicisini 7 xal qabaqlayır.







İngiltərə P.L.

"Nottingem Forest" bir xala layiq idi"
  • İngiltərə P.L.
  • 12:35 18.01.2026
"Nottingem Forest" bir xala layiq idi"
"Biz azarkeşlərə sevinc bəxş etdik"
  • İngiltərə P.L.
  • 09:28 18.01.2026
"Biz azarkeşlərə sevinc bəxş etdik"
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 03:12 18.01.2026
“Liverpul” evdə xal itirdi
“Çelsi”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 03:09 18.01.2026
“Çelsi”dən inamlı qələbə
“Arsenal” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 23:46 17.01.2026
“Arsenal” səfərdə xal itirdi