- İngiltərə P.L.
- 17:47 20.01.2026
“Mançester Siti”nin aparıcı yarımmüdafiəçilərindən olan Bernardu Silva mövsüm başa çatdıqdan sonra klubu tərk etmək niyyətindədir.
90deqiqe.Az-ın "El Chiringuito TV"ə istinadən məlumata görə, portuqaliyalı futbolçu bu qərarı artıq verib.
Xatırladaq ki, Bernardu Silva 2017-ci ildən “şəhərlilər”in heyətində çıxış edir. Bu illər ərzində o, bütün turnirlər üzrə 437 matç keçirib, 73 qol vurub və 76 məhsuldar ötürmə edib. Xosep Qvardiolanın rəhbərliyi altında yarımmüdafiəçi 18 titul qazanıb. Bunlar arasında Premyer Liqanın 6 çempionluğu və Çempionlar Liqası kuboku xüsusi yer tutur.
Cari mövsümdə Bernardu Silva “Mançester Siti”nin heyətində 30 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatır. Transfermarkt portalının məlumatına əsasən, onun hazırkı bazar dəyəri 27 milyon avro təşkil edir.