- İngiltərə P.L.
- 23:42 22.01.2026
“Liverpul”un kapitanı Vircil van Deyk komandanın heyətində yubiley oyununa çıxıb.
90deqiqe.Az xəbər verir ki, Çempionlar Liqası çərçivəsində çərşənbə axşamı səfərdə “Marsel”lə qarşılaşma niderlandlı müdafiəçi üçün “qırmızılar”ın formasında 350-ci matç olub.
Van Deyk bu əlamətdar hadisə ilə bağlı sosial şəbəkə hesabında “350!” qeydi ilə paylaşım edib və oyundan fotolar yayımlayıb.
Qeyd edək ki, Vircil van Deyk 2018-ci ilin əvvəlində “Sauthempton”dan “Liverpul”a transfer olunub. O, bu müddət ərzində keçirdiyi 350 oyunda 30 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, “Liverpul” Çempionlar Liqasında “Marsel”i səfərdə 3:0 hesabı ilə məğlub edib. Arne Slotun komandası növbəti oyununu yanvarın 24-də Premyer Liqa çərçivəsində səfərdə “Bornmut”a qarşı keçirəcək.