17 avqust 2026. Bazar ertəsi

31 illik antirekord təkrarlandı


31 illik antirekord təkrarlandı

İngiltərə Premyer Liqasının VI turunda öz meydanında "Liverpul"la qarşılaşan "Çelsi" məğlub olub.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, "zadəganlar" bu görüşdə də evdə qələbəsiz oyunlar seriyasını davam etdirib.

Maraqlısı bundadır ki, London təmsilçisi bu mövsüm "Stemford Bric"də keçirdiyi 4 oyunun 2-də məğlub olub, 2-də heç-heçə ilə kifayətlənib. Komandanın çalışdırıcısı Frank Lempard isə 1988-ci ildən bəri mövsümün ilk 4 ev oyununda qələbə üzü görməyən ilk baş məşqçi olub.

Qeyd edək ki, "Çelsi" Premyer Liqada 8 xalla 11-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”