8 noyabr 2026. Bazar günü

İngiltərə Kubokunda son finalçı bəlli oldu


İngiltərə Kubokunda son finalçı bəlli oldu
Bu gün İngiltərə Kubokunda 1/8 final mərhələsinin son matçı keçirilib.

Corner.az xəbər verir ki, son qarşılaşmada Leicester City öz doğma meydanda Southampton'u qəbul edib.

Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda da tərəflər fərqlənə bilməyincə, qalib penaltilər seriyasında məlum olub. Bunda daha dəqiq olan Leicester City futbolçuları 1/4 finala vəsiqə qazanaraq Manchester City'nin rəqibi olub.

İngiltərə Kuboku, 1/8 final

Leicester City 0-0 Southampton (penaltilər 6:5)

Bununlada, dekabrın 18-19-da keçiriləcək 1/4 final mərhələsində aşağıdakı klublar qarşı-qarşıya gələcəklər:

Arsenal - Tottenham
Leicester City - Manchester City
Middlesbrough- Burton Albion
Chelsea- Bournemouth







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”