14 mart 2026. Şənbə

“Tottenhem” səfərdə xal itirdi


 “Tottenhem” səfərdə xal itirdi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün XXIII turu çərçivəsində “Börnli” ilə “Tottenhem”lə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, “Turf Mur” stadionunda (Börnli) keçirilən görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Matçın baş hakimi Merzisayd bölgəsindən Piter Benks olub.

Hesabı 38-ci dəqiqədə Mikki van de Ven açaraq London təmsilçisini önə çıxarıb. 45+1-ci dəqiqədə isə Aksel Tuanzebe fərqlənərək meydan sahiblərinə cavab qolu gətirib. 76-cı dəqiqədə Lайл Foster “Börnli”ni yenidən üstünlüklə təmin edib. 90-cı dəqiqədə Kristian Romero hesabı bərabərləşdirib.

Bu nəticədən sonra “Börnli” 15 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. “Tottenhem Hotspur” isə 28 xalla 13-cü sırada yer alır.







İngiltərə P.L.

"Bayer"ə uduzmağa layiq idik, amma..."
  • İngiltərə P.L.
  • 23:55 13.03.2026
"Bayer"ə uduzmağa layiq idik, amma..."
Meyson Maunt geri döndü
  • İngiltərə P.L.
  • 23:50 13.03.2026
Meyson Maunt geri döndü
"Moyes karyeramı dəyişdi"
  • İngiltərə P.L.
  • 23:37 13.03.2026
"Moyes karyeramı dəyişdi"