14 mart 2026. Şənbə

"Qvardiola hər top uğrunda mübarizə aparmağımızı istəyirdi"


"Qvardiola hər top uğrunda mübarizə aparmağımızı istəyirdi"

“Mançester Siti”nin hücumçusu Omar Marmuş “Vulverhempton” üzərində 2:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Biz son dəqiqəyə qədər mübarizə apardıq. İlk dəqiqələrdən etibarən yaxşı əzmkarlıq göstərdik. Qvardiola istəyirdi ki, hər top uğrunda mübarizə aparaq və tam fədakarlıqla oynayaq. Avqustdan bəri Premyer Liqada ilk startım? Əsas odur ki, qol vurub komandaya kömək edim. Afrika Kuboku sonrası yenidən burada olmaq və komandaya dəstək verməkdən məmnunam. Anı yaxşı tamamladıq. Qola və üç xala sevinirəm”

Qələbədən sonra “Mançester Siti” lider “Arsenal”la xallar fərqini dördəyə endirib. Qeyd edək ki, “kanonirlər” bazar günü öz oyununu keçirəcəklər.







İngiltərə P.L.

"Bayer"ə uduzmağa layiq idik, amma..."
  • İngiltərə P.L.
  • 23:55 13.03.2026
"Bayer"ə uduzmağa layiq idik, amma..."
Meyson Maunt geri döndü
  • İngiltərə P.L.
  • 23:50 13.03.2026
Meyson Maunt geri döndü
"Moyes karyeramı dəyişdi"
  • İngiltərə P.L.
  • 23:37 13.03.2026
"Moyes karyeramı dəyişdi"