7 may 2026. Cümə axşamı

“Liverpul” “Bornmut”a uduzdu


“Liverpul” “Bornmut”a uduzdu

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 23-cü turunda “Bornmut” – “Liverpul” matçı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Bornmut şəhərindəki “Vitaliti” stadionunda keçirilən oyunun sonunda hesab 3:2 “Bornmut”un xeyrinə qeydə alınıb. 

Matçın 26-cı dəqiqəsində Evanilson hesabı açaraq “vishen”ləri önə çıxarıb, 33-cü dəqiqədə isə Alexandro Ximenes fərqi iki topa çatdırıb. İlk hissənin sonuna yaxın, 45-ci dəqiqədə Vircil van Deyk “Liverpul” üçün fərqi azaldıb. 80-ci dəqiqədə Dominik Soboslay hesabı bərabərləşdirib, lakin oyun uzatma dəqiqələrində – 90+5-ci dəqiqədə Amin Adli qalibiyyət qolunu vurub.

Matçdan sonra “Bornmut” 30 xalla Premyer Liqa cədvəlində 13-cü yerdə, “Liverpul” 36 xalla dördüncü pillədə qərarlaşıb.







İngiltərə P.L.