12 fevral 2026. Cümə axşamı

Kalafyori “Mançester Yunayted”lə oyun öncəsi “Arsenal”ın heyətinə qoşuldu


Kalafyori “Mançester Yunayted”lə oyun öncəsi “Arsenal”ın heyətinə qoşuldu

“Arsenal” klubunun müdafiəçisi Rikardo Kalafyori “Mançester Yunayted”lə oyun öncəsi komanda ilə birlikdə otelə gəlib.

 90deqiqe.Az-ın "Arsenal Team"a istinadən məlumata görə, italiyalı müdafiəçi son zədəsindən sonra tam şəkildə məşqlərə qayıdıb. Bununla belə, onun matçda iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar hələ verilməyib. Bu məsələ oyunun başlanmasına yaxın dəqiqləşəcək.

Cari mövsümdə Kalafyori bütün turnirlərdə 20 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Arsenal” – “Mançester Yunayted” qarşılaşması bu gün, 25 yanvar tarixində keçiriləcək. İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.







İngiltərə P.L.

“Liverpul”a bir qol bəs etdi
  • İngiltərə P.L.
  • 02:14 12.02.2026
“Liverpul”a bir qol bəs etdi
“Aston Villa” 3 xalı tək qolla qazandı
  • İngiltərə P.L.
  • 01:39 12.02.2026
“Aston Villa” 3 xalı tək qolla qazandı