26 yanvar 2026. Bazar ertəsi

“Çelsi”dən səfərdə qələbə


“Çelsi”dən səfərdə qələbə

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün XXIII turu çərçivəsində “Kristal Pelas” və “Çelsi” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Londonun “Selherst Park” stadionunda təşkil olunan qarşılaşmada qonaqlar 3:1 hesablı qələbə qazanıblar. Görüşü baş hakim Darren İnqlend idarə edib.

Matçda hesab 34-cü dəqiqədə “Çelsi”nin futbolçusu Estevao tərəfindən açılıb. İkinci hissənin əvvəlində, 50-ci dəqiqədə Joao Pedro fərqi iki topa çatdırıb. 64-cü dəqiqədə isə Enso Fernandes penaltini dəqiq yerinə yetirərək hesabı daha da böyüdüb. Qarşılaşmanın 73-cü dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Adam Uorton ikinci sarı vərəqəni alaraq meydandan qovulub. “Kristal Pelas”ın yeganə qolunu isə 89-cu dəqiqədə Kris Riçards vurub.

Bu nəticədən sonra 28 xalı olan “Kristal Pelas” turnir cədvəlinin 15-ci pilləsində yer alır. “Çelsi” isə 37 xalla 4-cü sırada qərarlaşıb.

Növbəti turda “Kristal Pelas” fevralın 1-də səfərdə “Nottingem Forest”lə qarşılaşacaq. “Çelsi” isə yanvarın 31-də doğma meydanda “Vest Hem Yunayted”i qəbul edəcək.







İngiltərə P.L.

“Hər məğlubiyyət yolun bir hissəsidir”
  • İngiltərə P.L.
  • 23:40 25.01.2026
“Hər məğlubiyyət yolun bir hissəsidir”
"Arsenal" üçün ayıldıcı bir gün oldu"
  • İngiltərə P.L.
  • 22:53 25.01.2026
"Arsenal" üçün ayıldıcı bir gün oldu"
“Çelsi”dən səfərdə qələbə
  • İngiltərə P.L.
  • 21:54 25.01.2026
“Çelsi”dən səfərdə qələbə