26 yanvar 2026. Bazar ertəsi

“Aston Villa” səfərdə “Nyukasl"a qalib gəldi


“Aston Villa” səfərdə “Nyukasl"a qalib gəldi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün XXIII turu çərçivəsində “Nyukasl Yunayted” və “Aston Villa” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Sent-Ceyms Park” stadionunda (Nyukasl-apon-Tayn) baş tutan qarşılaşmada qonaqlar 2:0 hesablı qələbə qazanıblar. Görüşün baş hakimi Avstraliyadan olan Cərred Cillett olub.

Matçda hesab 19-cu dəqiqədə “Aston Villa”nın futbolçusu Emiliano Buendiya tərəfindən açılıb. Oyunda son nöqtəni isə 88-ci dəqiqədə Ollie Uotkins qoyaraq komandasının üstünlüyünü iki topa çatdırıb.

Bu nəticədən sonra 33 xalı olan “Nyukasl Yunayted” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Aston Villa” isə 46 xalla 3-cü sıraya yüksəlib.

Növbəti turda “sağsağanlar” yanvarın 31-də səfərdə “Liverpul”la qarşılaşacaqlar. “Şirlər” isə fevralın 1-də doğma meydanda “Brentford”u qəbul edəcəklər.







İngiltərə P.L.

“Hər məğlubiyyət yolun bir hissəsidir”
  • İngiltərə P.L.
  • 23:40 25.01.2026
“Hər məğlubiyyət yolun bir hissəsidir”
"Arsenal" üçün ayıldıcı bir gün oldu"
  • İngiltərə P.L.
  • 22:53 25.01.2026
"Arsenal" üçün ayıldıcı bir gün oldu"
“Çelsi”dən səfərdə qələbə
  • İngiltərə P.L.
  • 21:54 25.01.2026
“Çelsi”dən səfərdə qələbə