26 yanvar 2026. Bazar ertəsi

“Mançester Yunayted” səfərdə “Arsenal”ı məğlub etdi


“Mançester Yunayted” səfərdə “Arsenal”ı məğlub etdi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün XXIII turu çərçivəsində “Arsenal” və “Mançester Yunayted” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Londondakı “Emirets” stadionunda təşkil olunan qarşılaşmada qonaqlar 3:2 hesablı qələbə qazanıblar. Matçı baş hakim Kreyg Pouzon idarə edib.

Matçın 29-cu dəqiqəsində Lisandro Martines avtoqola imza ataraq “Arsenal”ı önə çıxarıb. 37-ci dəqiqədə Brayan Mbemo fərqi bərabərləyib. İkinci hissənin əvvəlində, 50-ci dəqiqədə Patrik Dorg “Mançester Yunayted”i üstünlüyə çıxarıb. 84-cü dəqiqədə Mikel Merino hesabı yenidən bərabərləşdirsə də, 87-ci dəqiqədə Mateus Kunya qonaqlara qələbə qolunu gətirib.

Bu nəticədən sonra 50 xala malik “Arsenal” Premyer Liqa turnir cədvəlinin lideri olaraq qalır. “Mançester Yunayted” isə 38 xalla 4-cü pillədə qərarlaşıb.

Növbəti, XXIV turda “Arsenal” yanvarın 31-də “Lids Yunayted”lə qarşılaşacaq, “Mançester Yunayted” isə fevralın 1-də doğma meydanda “Fulhem”i qəbul edəcək.







İngiltərə P.L.

“Hər məğlubiyyət yolun bir hissəsidir”
  • İngiltərə P.L.
  • 23:40 25.01.2026
“Hər məğlubiyyət yolun bir hissəsidir”
"Arsenal" üçün ayıldıcı bir gün oldu"
  • İngiltərə P.L.
  • 22:53 25.01.2026
"Arsenal" üçün ayıldıcı bir gün oldu"
“Çelsi”dən səfərdə qələbə
  • İngiltərə P.L.
  • 21:54 25.01.2026
“Çelsi”dən səfərdə qələbə