- İngiltərə P.L.
- 23:56 25.01.2026
“Arsenal” bazar günü doğma meydanda “Mançester Yunayted”ə 2:3 hesabı ilə uduzub.
90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumata görə, oyunla bağlı “Emirets”də baş verənləri “qırmızı şeytanlar”ın sabiq oyunçusu Qari Nevill belə şərh edib:
“İnanılmaz oyun və ‘Arsenal’ üçün oyandırıcı gün oldu. Komanda üçün yenidən yüklənmək və hər şeyi təhlil etmək lazımdır. ‘Yunayted’lə bağlı isə bu, Karriçin rəhbərlik etdiyi komanda üçün böyük dönüşdür”
Qeyd edək ki, mövsümün əvvəlində “kanonirlər”in 16 ev oyununda heç bir dəfə rəqibdən bir topdan çox buraxılmamışdı.
Əlavə edək ki, “Mançester Yunayted” Maykl Karriçin rəhbərliyi altında həm “Mançester Siti”ni (2:0), həm də “Arsenal”ı (3:2) məğlub etməyi bacarıb.