- İngiltərə P.L.
- 23:56 25.01.2026
“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandası evdə “Mançester Yunayted”ə 2:3 hesabı ilə uduzduqdan sonra açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Əvvəlcə ‘Mançester Yunayted’i qələbə münasibətilə təbrik etmək lazımdır. Oyun çox qəribə şəkildə inkişaf etdi. İlk 30 dəqiqədə tam üstünlük bizdə idi, qol vurduq, amma sonra onları özümüzə qol hədiyyə etdik və bu, oyunun impulsunu və enerjisini tamamilə dəyişdirdi. Ondan sonra top üzərində səviyyəmizi aşağı saldıq. ‘Yunayted’ isə iki möhtəşəm qol vurdu. Böyük oyunlarda belə məqamlar həlledici olur. Hesab 2:2 olduqda oyun sanki yenidən başladı. Sonra uzun ötürmə, daha bir pass – və Kunya fərqləndi. Bu, çox ağrılıdır. Bundan dərs çıxarmalıyıq. Məğlubiyyətlər qələbələrin bir hissəsidir, onları qəbul etmək lazımdır. Eyni zamanda, oyunçulara nə qədər yaxşı olduqlarını xatırlatmaq vacibdir. Onlar bunu layiqincə haqq edirlər, çünki bu mövsüm bizə çox sevinc bəxş ediblər. Qələbə olmasa belə, birliyi və həmrəyliyi göstərmək lazımdır. Məğlubiyyətlər yolun bir hissəsidir. Kiçik detalları daha yaxşı etməliyik. Amma bəzən qollardan danışanda rəqibin əməyi də qiymətləndirilməlidir.”
Qeyd edək ki, “Arsenal” Premyer Liqada liderdir və ikinci pillədəki “Mançester Siti”ni 4 xalla qabaqlayır.