26 yanvar 2026. Bazar ertəsi

Kerrik "Arsenal" üzərində qələbəni şərh etdi


Kerrik "Arsenal" üzərində qələbəni şərh etdi

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik komandası evdə “Arsenal” üzərində 3:2 hesablı səfər qələbəsindən sonra açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Bilirdik ki, oyunun başlanğıcı belə olacaq, necə çalışsaq da, təşəbbüsü tez ələ ala bilməyəcəyik. Oyunun gedişatını və ritmini yaxşı təsəvvür edirdik. Vaxt keçdikcə top üzərində daha yaxşı nəzarət etməyə başladıq, xətlərin arasında əlaqələri qurduq, daha soyuqqanlı oynadıq və bəzi məqamlarda özünəinamımızı artırdıq. Pis çıxış etmədik, amma onlar əvvəlcə qol vurdu – bu bir qədər məyusluq yaratdı. Lakin biz xarakterimizi göstərdik və oyuna qayıtdıq. Matçın bəzi mərhələlərində müdafiəyə çəkilməli olduq. ‘Arsenal’ səni cərimə meydançasında müdafiəyə məcbur edir və bəzən bu asan olmur, amma mən hiss edirdim ki, özümüzə inamı davam etdirmək üçün kifayət qədər resursumuz var. Hər zaman qola yaxın ola biləcəyimizi hiss edirdim. Səfər azarkeşlərimiz inanılmaz idi. Səfərdə oyunun mərhələlərini anlamaq, lazım olan məqamlarda səbrli və disiplinli olmaq çox vacibdir. Bəzən topa sahib olub hücum etdik və bunun müqabilində mükafatımızı aldıq”, – deyə Karriç bildirib.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda Premyer Liqa turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Hər məğlubiyyət yolun bir hissəsidir”
  • İngiltərə P.L.
  • 23:40 25.01.2026
“Hər məğlubiyyət yolun bir hissəsidir”
"Arsenal" üçün ayıldıcı bir gün oldu"
  • İngiltərə P.L.
  • 22:53 25.01.2026
"Arsenal" üçün ayıldıcı bir gün oldu"
“Çelsi”dən səfərdə qələbə
  • İngiltərə P.L.
  • 21:54 25.01.2026
“Çelsi”dən səfərdə qələbə