- İngiltərə P.L.
- 23:41 26.01.2026
"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 23-cü turunda 3-2 hesabı ilə başa çatan "Mançester Yunayted"ə məğlubiyyəti şərh edib.
90deqiqe.Az xəbər verir ki, ispan mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Buna necə reaksiya verməyiniz vacibdir. Vəziyyəti dəyişmək üçün fürsətimiz var, çünki ən yaxşı bərpa yeri meydandır. Üç gündən sonra Çempionlar Liqasına qayıdacağıq"
23 turdan sonra "Arsenal" Premyer Liqanın turnir cədvəlinə 50 xalla başçılıq edir. Mikel Artetanın komandası növbəti oyununu yanvarın 18-də Çempionlar Liqasının səkkizinci turunda Qazaxıstanın "Kayrat" komandasını qəbul edəcək.