- İngiltərə P.L.
- 22:26 27.01.2026
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hücumçu Erlinq Halandın son vaxtlar oyundan qol vurmaqda çətinlik çəkməsinin səbəblərinə aydınlıq gətirib.
90deqiqe.Az xəbər verir ki, "City Xtra" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Komanda daha yaxşı oynamalı, daha çox qol imkanları yaratmalıdır, o zaman Holand da fərqlənəcək. Heç vaxt hücumçuları, bombardirləri qiymətdən salmaq olmaz, çünki onlar hər zaman sizi susdurmağı bacarırlar. O, həyatının sonuna qədər qol vuracaq – buna əminəm”
Qeyd edək ki, norveçli futbolçu “şəhərlilər”in heyətində son 9 oyunda cəmi bir dəfə fərqlənib ki, həmin qol da İngiltərə Premyer Liqasında “Brayton”a qarşı görüşdə penaltidən vurulub.
Erlinq Haland cari mövsümdə bütün turnirlər üzrə 32 oyunda iştirak edib, 26 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.