8 noyabr 2026. Bazar günü

"Palmer “Çelsi”də xoşbəxtdir"


"Palmer “Çelsi”də xoşbəxtdir"

“Çelsi”nin baş məşqçisi Liam Rosenior komandanın yarımmüdafiəçisi Koul Palmerin gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano çalışdırıcının dediklərini belə çatdırıb.

“Palmer xoşbəxtdir? Bəli. Onu ‘təmasdan uzaq’ hesab edirik? Bəli. Palmer əla futbolçudur. Onun xoşbəxt olmadığı barədə danışmaq düzgün deyil. Klubdan belə açıqlama üçün heç bir əsas yoxdur. Bütün bu xəbərlər əsassızdır”.

Son günlər İngiltərə millisinin üzvünün narazı olduğu və komandadan ayrılmaq istədiyi barədə məlumatlar yayılmışdı. “Mançester Yunayted” isə Palmer üçün əsas namizəd hesab olunurdu.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”