16 mart 2026. Bazar ertəsi

Qvardiola Natan Akenin satışına qarşıdır


Qvardiola Natan Akenin satışına qarşıdır

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola mərkəz müdafiəçisi Natan Akenin satılması ideyasını dəstəkləmir.

90deqiqe.Az-ın "Voetbal International"a istinadən məlumata görə, “şəhərlilər” qış transfer pəncərəsi dövründə niderlandlı futbolçu ilə bağlı təklifləri nəzərdən keçirməyi planlaşdırsa da, müdafiə xəttində yaşanan zədə böhranı bu planları dəyişib.

“Milan” Akenin transferində maraqlıdır və artıq “Mançester Siti”yə rəsmi sorğu göndərib. Lakin İngiltərə nəhənginin rəhbərliyi və baş məşqçi Xosep Qvardiola danışıqlara başlamaqdan imtina ediblər.

Natan Akenin klubla mövcud müqaviləsinin müddəti bir il yarımdan sonra başa çatır. Transfermarkt portalında futbolçunun transfer dəyəri 18 milyon avro olaraq göstərilir. Bildirilir ki, 30 yaşlı müdafiəçi ilə “Barselona” da maraqlanıb.







İngiltərə P.L.

"Doumenin çıxışı sadəcə möhtəşəm idi"
  • İngiltərə P.L.
  • 22:24 15.03.2026
"Doumenin çıxışı sadəcə möhtəşəm idi"
"Futbolçuların ustalığı inanılmaz idi"
  • İngiltərə P.L.
  • 22:19 15.03.2026
"Futbolçuların ustalığı inanılmaz idi"
Bruno Fernandeş yeni rekorda imza atdı
  • İngiltərə P.L.
  • 22:08 15.03.2026
Bruno Fernandeş yeni rekorda imza atdı