16 mart 2026. Bazar ertəsi

Bruno Fernandeş “Mançester Yunayted”dən ayrıla bilər


Bruno Fernandeş “Mançester Yunayted”dən ayrıla bilər

“Mançester Yunayted”in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandeşin komandadan ayrılacağı ilə bağlı şayiələr güclənir.

90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumata görə, 31 yaşlı futbolçu klubun idarəçiliyindən “son dərəcə narazıdır”. Fernandeş gələcək karyerası barədə qərar verməzdən əvvəl yeni daimi baş məşqçinin təyinatını gözləyəcək.

Məlumata görə, “qırmızı şeytanlar” rəhbərliyinin seçimi futbolçunun ürəyincə olmazsa, o, komandadan ayrılmağa hazırdır. Hazırda komandanı müvəqqəti baş məşqçi statusunda Maykl Karrik çalışdırır, müqaviləsi isə yayadək qüvvədədir. Yanvarın əvvəlində isə Ruben Amorim istefaya göndərilmişdi.

Qeyd edək ki, Fernandeşə uzun müddətdir Səudiyyə Ərəbistanı çempionatından maraq var.







İngiltərə P.L.

"Doumenin çıxışı sadəcə möhtəşəm idi"
  • İngiltərə P.L.
  • 22:24 15.03.2026
"Doumenin çıxışı sadəcə möhtəşəm idi"
"Futbolçuların ustalığı inanılmaz idi"
  • İngiltərə P.L.
  • 22:19 15.03.2026
"Futbolçuların ustalığı inanılmaz idi"
Bruno Fernandeş yeni rekorda imza atdı
  • İngiltərə P.L.
  • 22:08 15.03.2026
Bruno Fernandeş yeni rekorda imza atdı