- İngiltərə P.L.
- 23:09 30.01.2026
“Arsenal”ın baş məşqçisi Mikel Arteta mətbuat konfransında Pep Qvardiola ilə münasibətlərini Aleks Fergüsson və Arsen Venqerin əlaqələri ilə müqayisə etməsi barədə sualları cavablandırıb.
90deqiqe.Az xəbər verir ki, ispan mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.
“O münasibət tam fərqli idi. Mən Pepi 15 yaşından tanıyıram və onunla dörd il hər gün bir yerdə çalışmışam.Bu, tam başqa səviyyədir. Əminəm ki, Pepin Mareska ilə də gözəl əlaqəsi var idi. Onlar birlikdə işləyiblər və hələ də rəqib ola bilərlər. Futbolçularla da eyni vəziyyətdir. Komandamda olmuş futbolçulara indi qarşılaşdığım oyunlarda qarşı çıxıram. Mən Xakanı sevirəm, amma bir matçda qarşılaşsaq, bu, mübarizədir"”
Qeyd edək ki, “Arsenal” yanvarın 31-də İngiltərə Premyer Liqasının növbəti turunda səfərdə “Lids”lə qarşılaşacaq.